Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti matçına çıxıb.
Apasport.az saytının məlumatına görə, AVRO-2021-in seçmə mərhələsində 2-ci qrupda yer alan Milan Obradoviçin yetirmələri Gürcüstanla üz-üzə gəlib.
Bakıda bu rəqibə 0:3 hesabı ilə uduzan yığmamız Qoridəki görüşə revanşı ala bilməyib. Meydan sahiblərinin 42-ci dəqiqədəki yeganə qoluna cavab verə bilməyən və 0:1 hesabı ilə məğlub olan yığmamızın 3-cü yerə iddiasının üstündən xətt çəkilib.
9 matçdan sonra aktivindəki 6 xalla qrupda 5-ci pillədə qərarlaşan millimiz son oyununu noyabrın 12-də səfərdə İsveçrəyə qarşı keçirəcək.
AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
13 oktyabr
19:00. Gürcüstan – Azərbaycan - 1:0
Qol: Quliaşvili, 42
Qırmızı vərəqə: Turan Vəlizadə, 77
Baş hakim: Dmitri Dmitriyev (Belarus)
Qori. Tengiz Burjanadze stadionu
1 |
İsveçrə |
7 |
7 |
0 |
0 |
20-4 |
21 |
2 |
Fransa |
8 |
7 |
0 |
1 |
24-9 |
21 |
3 |
Gürcüstan |
9 |
4 |
0 |
5 |
15-13 |
12 |
4 |
Slovakiya |
8 |
3 |
0 |
5 |
15-19 |
9 |
5 |
Azərbaycan |
9 |
2 |
0 |
7 |
5-16 |
6 |
6 |
Lixtenşteyn |
7 |
1 |
0 |
6 |
3-21 |
3 |