Adil Kərimli: Digər tanınmış şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində layihələrimiz var

Adil Kərimli: Digər tanınmış şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində layihələrimiz var
# 01 oktyabr 2024 17:13 (UTC +04:00)

“Son dövrlərdə cənab Prezidentin tapşırığı ilə Mədəniyyət Nazirliyi tərəfindən görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində ciddi işlər aparılır”.

Bu fikirləri APA-nın "Bakıda Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılması nəzərdə tutulurmu?" sualına cavabında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bildirib.

“Ötən gün Aşıq Ələsgərin abidəsinin açılışında bu haqda müxtəlif fikirlər səsləndirildi. Gələcəkdə də digər dəyərli, tanınmış şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində layihələrimiz mövcuddur və bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər görüləcək”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün Bakıda Aşıq Ələsgərin heykəlinin açılış mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Bakıda Cəlil Məmmədquluzadənin heykəlinin ucaldılmasını təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR