Argentina səfirliyinin təşəbbüsü ilə tanqo performansları nümayiş edilib - FOTO

Argentina səfirliyinin təşəbbüsü ilə tanqo performansları nümayiş edilib - FOTO
# 24 noyabr 2023 19:38 (UTC +04:00)

Argentina incəsənətinə məxsus rəsm sərgisi, həmçinin yerli tanqo cəmiyyəti tərəfindən hazırlanmış tanqo performanslarının nümayişi baş tutub.

APA xəbər verir ki, Argentinanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə həyata keçirilən nümayişdə ölkəmizdə olan bir sıra səfirliklərin nümayəndələri və digər rəsmi qonaqlar, eləcə də media mənsubları iştirak edib.

Argentina Respublikasının ölkəmizdəki səfiri xanım Marianxeles Belluşi açılış nitqi ilə çıxış edib.

Xanım səfir nümayiş üçün yaradılan şərait üçün minnətdarlıq ifadə edib.

Ardından Beynəlxalq Qalereyanın layihə rəhbəri Elnurə İsgəndorava çıxış edərək təəssüratlarını bölüşüb.

Çıxışlar bitdikdən sonra Saurus Malbec şərablarının dequstasiyası keçirilib və tanqo cəmiyyəti tərəfindən hazırlanmış tanqo kompozisiyası nümayiş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR