Azərbaycanda yeni yaradılan kino ittifaqının İdarə heyəti təsdiq edilib - FOTO - YENİLƏNİB

Azərbaycanda yeni yaradılan kino ittifaqının İdarə heyəti təsdiq edilib - FOTO  - YENİLƏNİB
# 05 mart 2024 14:17 (UTC +04:00)

Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti təsdiq edilib.

APA xəbər verir ki, İdarə Heyətinin tərkibində Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla 30-dan çox nəfərin adı təsdiqlənib.

Rejissor Oqtay Mir Qasımın İdarə Heyətində təmsil olunması təklif edilsə də, birləşmənin əleyhinə səs verdiyi üçün ümumi etirazlardan sonra qərara alınıb ki, konfransdan sonra onun öz fikri alınsın.

Eləcə də Əbdül Mahmudovun adı da İdarə Heyəti üçün təklif edilib. Lakin o özü bundan imtina edib.

Rejissor Zamin Məmmədov isə İdarə Heyəti seçkisindən narazı olduğunu deyərək, ümumiyyətlə üzvlükdən çıxdığını bəyan edib.

***

13:32

Azərbaycandakı kino ittifaqları rəsmi surətdə birləşib, yeni yaradılan kino ittifaqının adı məlum olub.

APA xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq.

Buna qədər ittifaqın adı ilə bağlı bir neçə təklif edilib. Yekunda rejissor Tahir Tahiroviçin dediyi təklif qəbul olunub. O vurğulayıb ki, ittifaqın adı 60 ildən artıq bu cürdür: "İttifaq sözünü birlik sözünə dəyişməyi düzgün hesab etmirəm. Qurumun adının eyni cür qalması onun yaradıcısı Lətif Səfərovun da ruhuna hörmət əlaməti olardı".

Bundan sonra isə səsvermə ilə yeni təşkilatın Nizamnaməsi təsdiq edilib.

Qeyd edək ki, yalnız rejissor Oqtay Mir Qasımov birləşmənin əleyhinə səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR