Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb

Vüsal Murtuzəliyev

© APA | Vüsal Murtuzəliyev

# 20 iyun 2025 11:04 (UTC +04:00)

Ötən gün beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Ötən gün saat 14:40 radələrində 1982-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə kəskin baş ağrıları, baş gicəllənmə səbəbi ilə müraciət edib. Həkim müayinəsindən sonra pasiyentə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib və müvafiq şöbəyə yerləşdirilib”, - qeyd olunub.

O da bildirilib ki, hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR