Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" adlı layihə olacaq

Gəncə Dövlət Filarmoniyasında "Urbanda görüşərik" adlı layihə olacaq
# 21 fevral 2024 17:29 (UTC +04:00)

Gəncə Dövlət Filarmoniyası "Urbanda görüşərik" adlı yeni layihəsini həyata keçirəcək.

Filarmoniyadan APA-ya verilən xəbərə görə, Urban Mərkəzində baş tutacaq layihənin əsas məqsədi istedadlı və yaradıcı insanların platformasını yaratmaq, onların tanıdılmasını, üzə çıxarılmasını, əsərlərinin təbliğini təmin etməkdir.

Layihədə yazıçı, şair, rəssam, heykəltəraş, tətbiqi sənət ustaları, digər yaradıcı insanların iştirakı nəzərdə tutulur.

"Urbanda görüşərik" layihəsi çərçivəsində iştirakçıların sərgilərinin, habelə sərgi-yarmarkalarınin təşkili planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR