Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskiyə həsr olunub.
Filarmoniyadan APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşdıırılan layihənin ilk günü Samux Rayon Qarayeri qəsəbəsi UMM-nin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı baş tutub.
Qeyd edək ki, Fuad Ramazanov, Zəminə Mustafayeva, Hüseyin Qələndərli, Səlim Əliyev, Leyla Mehtiyeva, Hafiz Həsənovun ifasında "Çahargah" muğamından “Bəstə-Nigar” şöbəsi və təsnif, "Şur" təsnifi, "Arazbari" ritmik muğamı, “Rast" muğamından "Dilkəş" şöbəsi və təsnif, "Segah" təsnifi səsləndirilib.