"Kurtlar Vadisi Pusu"nun məşhur aktyoru vəfat edib

"Kurtlar Vadisi Pusu"nun məşhur aktyoru vəfat edib
# 01 dekabr 2023 18:27 (UTC +04:00)

Türkiyəli məşhur teatr, kino aktyoru, ssenarist, rejissor Can Gürzap 79 yaşında vəfat edib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün müalicə edildiyi xəstəxanada vəfat edib.

1944-cü ildə İstanbulda anadan olan Can Gürzap teatr və kinoda bir-birindən maraqlı rollar yaradıb. Aktyor Azərbaycanda daha çox “Kurtlar Vadisi Pusu”, “Eşkiya dünyaya hökmdar olmaz” kimi məşhur seriallardakı rolları ilə tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR