“Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert keçirilib

“Muzeydə musiqi” layihəsi çərçivəsində növbəti konsert keçirilib
# 29 fevral 2024 14:37 (UTC +04:00)

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində fevralın 28-də muzeydə növbəti konsert keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, “Milli musiqi gecəsi” adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzi tərəfindən Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Elgiz Əliyev, Murad Laçın, Səbinə Ərəbli, Günay İmamverdiyevanın iştirakı ilə təqdim olunub.

Xanəndələri tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Rəfael Əsgərov, qanun ifaçısı Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov müşayiət ediblər.

Böyük maraqla qarşılanan konsert proqramı, həmçinin "Salam, Novruz!" sərgisində nümayiş etdirilən milli musiqi alətləri təsvir olunmuş əsərlər haqqında tematik ekskursiya ilə müşayiət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR