Nazirlik “DokuBaku”nun proqramından bir neçə filmin çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib

Nazirlik “DokuBaku”nun proqramından bir neçə filmin çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib
# 27 sentyabr 2023 17:53 (UTC +04:00)

DokuBaku Beynəlxalq Film Festivalı daxilində proqrama seçilən üç yerli film – "Dog Doc", "Eşit evdən səsləri", "Hasarların arxasında" filmlərinin daha sonra proqramdan çıxarılması və festivalın rəsmi proqramında yer almaması bir sıra rejissor, aktyor və prodüserlərin etirazına səbəb olub və onlar etiraz olaraq Festivalda iştirakdan imtina ediblər.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əvvəlki illərdə olduğu kimi, yenə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi “DokuBaku” sənədli filmlər festivalına dəstək göstərəcək.

"Lakin festivalın proqramının tərtib olunması, filmlərin nümayişi, münsiflər heyətinin müəyyənləşdirilməsi və s. digər məsələlər isə festivalın təşkilat komitəsinin daxili işidir", - sorğuya cavabda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR