Türkiyənin Azərbaycandakı səfirliyində Ebru sənəti ilə bağlı tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının xanımı Leyla Bağcı ilə yanaşı, diplomatik korpusun nümayəndələrinin həyat yoldaşları, eləcə də əməkdaşları, bır sıra qonaqlar və media mənsubları iştirak edib.
Əvvəlcə Ebru sənətinin sirləri ilə bağlı Bakı Yunus Emre İnstitutinun müəllimi Zərifə Əlixanova tərəfindən məlumat verilib. O qeyd edib ki, Ebru sənəti qatılşadırlımış su üzərində rəsm çəkmə sənətidir: “Həmin su isə gəvən adlanan adlanan təbii tikan otundan əldə edilir. İstifadə edilən boyalar isə torpaqdan alınır”.
Zərifə Əlixanova burada xüsusi fırça və daraqlardan da istifadə olunduğunu əlavə edib.
Bundan sonra qonaqlar sözügedən sənətlə bağlı nümunələrlə tanış olublar.
Qeyd edək ki, Ebru sənəti 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Ləman Cəfərli