Azərbaycanın şimal bölgəsinə güclü yağış yağıb

Azərbaycanın şimal bölgəsinə güclü yağış yağıb
# 23 iyun 2008 11:45 (UTC +04:00)
Qusar. Solmaz Mehdiyeva-APA. Bu gün səhər Azərbaycanın şimal bölgəsinə güclü yağış yağıb. APA-nın şimal bürosunun məlumatına görə, bir neçə saat davam edən leysan nəticəsində çaylarda suyun səviyyəsi xeyli qalxıb. Qusar rayonunun dağ kəndləri sayılan Əniğə, Zindanmuruğa və digər dağlıq yaşayış məntəqələrinə gedən yolları su basdığı üçün nəqliyyatın hərəkəti məhdudlaşıb, Mucuq kəndi ərazisində kiçik torpaq sürüşməsi baş verib. Leysan yağışı nəticəsində Xaçmaz və Quba rayonlarında taxıl sahələrinə ciddi ziyan dəyib. Rayon İcra hakimiyyətlərinin fövqəladə hallar komissiyaları, yerli icra və bələdiyyə orqanları təbii fəlakətin ziyan vurduğu ərazilərə baxış keçirirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR