Lənkəranda sərnişin avtobusu yanıb

Lənkəranda sərnişin avtobusu yanıb
# 24 iyun 2008 10:58 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün saat 10.00 radələrində Ələt-Astara yolunun 200-cü km-də, Lənkəran rayonunun Digah kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, rayon sakini, 1969-cu il təvəllüdlü Əli Əliheydər oğlu Əzimovun idarə etdiyi “Lənkəransərnişin” ASC-yə məxsus “PAZ” markalı, 10 FX 218 nömrə-nişanlı sərnişin avtobusu yanıb. Nəticədə xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb. Yanğının qarşısı alınıb, faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR