Vəkili Etimad İsmayılovla görüşüb

Vəkili Etimad İsmayılovla görüşüb
# 25 iyun 2008 14:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Ədalət Partiyasının sədri, Azərbaycan Milli Məclisin deputatı İlyas İsmayılovun Rusiyada həbs olunan oğlu Etimad İsmayılov barəsində ibtidai istintaq iyulun ortalarında yekunlaşdırılacaq. E. İsmayılovun vəkili Cərulla Ramazanovun APA-ya verdiyi məlumata görə, işə Çelyabinsk şəhər Məhkəməsində baxılacaq. Lakin işə Çelyabinsk şəhər Məhkəməsində baxılmasını istəməyən vəkil deyib ki, prosesin Rusiya Federal Məhkəməsində keçirilməsinə nail olmaq üçün zəruri addımları atmağı düşünür. Bu gün E. İsmayılovla saxlandığı təcridxanada görüşdüyünü deyən C. Ramazanov onun özünü normal hissə etdiyini, səhhətində hər hansı problem olmadığını bildirib.
Qeyd edək ki, E. İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Çelyabinsk vilayətinin qubernatorunun 1-ci müavini Andrey Kosilovun himayəsində olan şirkətlərdən birinin “Avroasiya”ya 1 milyon ABŞ dolları məbləğində borcu var. Arbitraj Məhkəməsi də həmin şirkətin Etimad İsmayılovun rəhbəri olduğu şirkətə borcunun olduğunu təsdiqləyən sənəd verib.
Xatırladaq ki, E. İsmayılov bu il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Martın 27-də keçirilən məhkəmə iclasında E. İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 159.4 (dələduzluq) və 274/1 4-cü hissəsi (çirkli pulları yuyulması) maddələri ilə ittiham irəli sürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR