Azərbaycanlı aktyorun oğlunun cinayət işi üzrə istintaq yekunlaşıb

Azərbaycanlı aktyorun oğlunun cinayət işi üzrə istintaq yekunlaşıb
# 01 avqust 2008 15:36 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu Emil Rəhmanovun cinayət işi üzrə ibtidai istintaq bu gün yekunlaşıb. Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib. İş materialları baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndəriləcək.
Qeyd edək ki, E. Rəhmanov Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunur. E. Rəhmanov 2005-ci ildə “Azəristar” mahnı müsabiqəsinin iştirakçısı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR