Azərbaycan paytaxtında yaşayış binasında partlayış olub - YENİLƏNİB

Azərbaycan paytaxtında yaşayış binasında partlayış olub - <font color=red>YENİLƏNİB</font>
# 04 avqust 2008 13:22 (UTC +04:00)
İbadov Rəşad Qərib oğluna məxsus evdə baş verən partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, partlayış zamanı ölən və ya yaralanan olmayıb. Hadisə zamanı birinci və ikinci mərtəbədəki evlərə ciddi ziyan dəyib. Hazırda Fövqəladə Hallar Nazirliyinin, Rayon İcra Hakimiyyətinin (RİH), Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Hadisə yerində olan RİH başçısı Mehbalı Əliyev bildirib ki, partlayış 53 saylı mənzildə baş verib. Evdə təmir aparıldığından hadisə zamanı sakinlər müvəqqəti olaraq başqa yerə köçüb, ustalar isə həyətdə olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR