DİN Azərbaycan paytaxtında baş verən silahlı basqınla bağlı məlumat yayıb

DİN Azərbaycan paytaxtında baş verən silahlı basqınla bağlı məlumat yayıb
# 07 avqust 2008 11:46 (UTC +04:00)
Bakı – APA. Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayonu, Naxçıvani küçəsində valyutadəyişmə məntəqəsinin sahibinə qarşı edilən silahlı basqınla bağlı məlumat yayıb. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 6-da saat 17.00-da "Mercedes" markalı, Az 10 KX 584 nömrə-nişanlı avtomaşında olan 2 naməlum şəxs "TT" markalı tapançadan Bakı şəhər sakini Ruslan Qasımova hücum edib. Naməlum şəxslər R. Qasımova məxsus "BMW" markalı maşının qabaq şüşəsinə atəş açaraq onun əlindəki sellofana bükülmüş 4350 manatı alıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində "Mercedes" markalı avtomaşın saat 22.50 radələrində hadisə yerinin yaxınlığında tapılıb. Avtomobilin yük yerinə baxış zamanı oradan Az 10 UF 219 nömrəli dövlət qeydiyyat nişanı aşkarlanaraq götürülüb. Bu maşının həmin gün saat 16.25 radələrində Binəqədi rayonu Xarici Dairəvi küçəsi 4-dən qaçırıldığı müəyyənləşdirilib. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR