Azərbaycan paytaxtında iki maşın toqquşub, avtomobillərdən biri tamamilə yanıb

Azərbaycan paytaxtında iki maşın toqquşub, avtomobillərdən biri tamamilə yanıb
# 08 avqust 2008 07:34 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Yasamal rayonundakı Mətbuat prospektində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, “Nissan” markalı avtomobillə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə “Nissan” markalı avtomobildə yanğın baş verib və maşının yanar konstruksiyaları yanıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Yasamal Rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğının yayılmasının qarşısını alıblar. Hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR