Azərbaycanın Samux rayonunda əvvəllər məhkum olunmuş şəxsdən 7 kq narkotik vasitə götürülüb

Azərbaycanın Samux rayonunda əvvəllər məhkum olunmuş şəxsdən 7 kq narkotik vasitə götürülüb
# 08 avqust 2008 07:43 (UTC +04:00)
Samux. Nəzakət Məşədiəliqızı - APA. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsi və Samux rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sərkar kənd sakini, 1965-ci il təvəllüdlü Firudin Suliddin oğlu İsgəndərovdan 7 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Samux Rayon Polis Şöbəsinin rəis müavini Bahadır Şükürovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, əvvəllər məhkum olunmuş F. İsgəndərov 1, 86 kq marixuananı şərti alıcıya 700 ABŞ dollara satarkən yaxalanıb. Onun evinə baxış zamanı əlavə 6 kq marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR