Azərbaycan paytaxtında üç maşın toqquşub, 1 nəfər həlak olub

Azərbaycan paytaxtında üç maşın toqquşub, 1 nəfər həlak olub
# 08 avqust 2008 13:41 (UTC +04:00)
Bakı – APA. Bu gecə saat 22.50 radələrində Əzizbəyov rayonunun Binə qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəsəbə sakini Mehman Məmmədovun idarə etdiyi “VAZ - 21063” markalı, Biləsuvar rayon sakini Famil Orucovun idarə etdiyi «Toyota-Prado» markalı və “Mercedes” markalı avtomaşınlar toqquşmuş. Nəticədə xəsarət almış M. Məmmədov, “VAZ - 21063”-ün sərnişinləri, Şərur rayon sakini Rahib Tahirov, Binə qəsəbə sakinləri Leyli Həsənova, Əfruz Həsənova, Suraxanı rayon sakini Səlidə Həsənova və Zərda İsmayılova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Z. İsmayılova xəstəxanada keçinib. Faktla bağlı Əzizbəyov RPİ tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR