Quba məzarlığında uşaq kəlləsinin yanında medalyon aşkarlanıb

Quba məzarlığında uşaq kəlləsinin yanında medalyon aşkarlanıb
# 13 avqust 2008 14:46 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Qubadakı kütləvi məzarlıqda aparılan tədqiqat nəticəsində ilk dəfə olaraq etnoqrafik tapıntı aşkarlanıb. Bu barədə APA-ya ərazidə arxeoloji qazıntılar aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev məlumat verib. O, bu əşyanın uşaq kəlləsinin yanında tapıldığını bildirib: “Bu, balaca mis medalyondur. Medalyonun üstündə yazı və ya başqa nişanə yoxdur. İndiyədək belə hala rast gəlməmişdik, bu medalyon insan sümükləri arasında üzə çıxarılan yeganə maddi tapıntıdır. Çox güman ki, medalyon uşağa məxsusdur. Bəzək ya qiymətli əşya olmadığına görə götürülməyib, ya da uşaq onu yadigar əşya kimi gizlədib”.
Hazırda tədqiqatın quyuda aparıldığını deyən Q.Ağayev burada bütöv skeletə rast gəlinmədiyini, yalnız kəllələrin aşkarlandığını bildirib: “Arxeoloji qazıntılar yekunlaşmaq üzrədir, növbəti mərhələdə sümüklərin təmizlənməsi və korroziyadan mühafizəsi istiqamətində işlər görüləcək”.
Qeyd edək ki, tədqiqat sahəsindəki arxlardan aşkarlanan kəllələrin sayı 203 olub. Quyudan çıxarılan kəllələrin sayı isə tədqiqatın sonunda açıqlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR