Samir Dadaşov: “İntihara cəhd etməyim barədə yayılan məlumatlar ağ yalandır”

Samir Dadaşov: “İntihara cəhd etməyim barədə yayılan məlumatlar ağ yalandır”
# 15 avqust 2008 11:49 (UTC +04:00)
Komitə sədri APA-ya bildirib ki, təcridxanada İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin keçmiş rəhbəri Samir Məmmədhaşım oğlu Dadaşovla görüşüb. Komitə sədri deyib ki, S. Dadaşov saxlanmadan, ona olan münasibətdən narazılıq etməyib. E. Behbudovun sözlərinə görə, saxlanılan şəxs özünü asmağa cəhd etməsi barədə mətbuatda verilən məlumatları təkzib edib: “Mən ondan bu barədə soruşanda çox təəccübləndi və bildirdi ki, bu, ağ yalandır. O, mətbuatda barəsində müzakirələr açılmasına etirazını bildirdi”.

S. Dadaşovun Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunduğunu bildirən komitə sədri onun özünü müqəssir saymadığını deyib: “Samir Dadaşov məndən xahiş elədi ki, barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə köməklik göstərim. Mən də bu xahişi nazirliyin rəhbərliyinə çatdırdım”.

Hüquq müdafiəçisi S. Dadaşovla birgə saxlanılan, eyni maddə ilə ittiham olunan Antiinhisar Dövlət Xidmətinin rəis müavini olmuş Yalçın Vilayət oğlu Məmmədovla da söhbət etdiyini deyib: “Onun da saxlanma şəraitindən, münasibətdən heç bir narazılığı olmadı, qara ciyərinin xəstə olduğunu dedi və bildirdi ki, özünü qismən günahkar sayır”.

Hüquq müdafiəçisi Antiinhisar Dövlət Xidmətinin Rəqabətin qorunması sektorunun müdiri olmuş İlham Ağamurad oğlu Şahmirzəyevlə də görüşdüyünü deyib. Onun da 311-ci maddə üzrə ittiham olunduğunu bildirən E. Behbudov deyib ki, bu şəxs də özünü qismən müqəssir sayır. Onun sözlərinə görə, İ. Şahmirzəyevin də saxlanma şəraitindən heç bir narazılığı olmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR