Vəkil: “Samir Dadaşovun həbsi barədə qərardan hələlik apellyasiya şikayəti verməyi düşünmürük”

Vəkil: “Samir Dadaşovun həbsi barədə qərardan hələlik apellyasiya şikayəti verməyi düşünmürük”
# 15 avqust 2008 15:03 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin keçmiş rəhbəri Samir Dadaşovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi haqqında məhkəmə qərarından apellyasiya şikayəti verilməyib. Samir Dadaşovun vəkili Gülsarə İmanova APA-ya bildirib ki, hələlik apellyasiya şikayəti vermək barədə düşünmürlər.

İstintaqın gedişi barədə məlumat verməyən vəkil deyib ki, müdafiə etdiyi şəxsin özünü asmağa cəhd etməsi barədə mətbuatda verilən məlumatların da heç bir əsası yoxdur: “Bununla bağlı məhkəməyə müraciət etmək barədə düşünürəm. Çünki bu, çox ciddi məsələdir”.

Qeyd edək ki, S. Dadaşov və onunla birgə saxlanılan Antiinhisar Dövlət Xidmətinin əməkdaşları Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunurlar. Onlar hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR