Azərbaycanın Gəncə şəhərində 15 il əvvəl törədilən qətlin üstü açılıb

Azərbaycanın Gəncə şəhərində 15 il əvvəl törədilən qətlin üstü açılıb
# 18 avqust 2008 16:04 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı - APA. 1993-cü ildə Gəncə şəhərində baş vermiş cinayətin üstü açılıb. Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin rəisi Elçin Qasımovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, aparılan araşdırma nəticəsində məlum olub ki, bələdiyyə polisinin əməkdaşı, Bakı sakini Tərlan Əhməd oğlu Mahmudov xidməti vəzifədə olarkən 43 yaşlı Sumqayıt sakini Sahilə Aslan qızı Nəsirovanı qətlə yetirib: “Hadisə 1993-cü il martın 22-də Gəncə şəhərindəki Keçid küçəsində baş verib. Sabiq polis işçisi Tərlan Mahmudov xidməti silahı ilə yoldan keçən avtomobilə atəş açıb. Nəticədə maşında olan Sahilə Nəsirova güllə yarası alıb. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb”.

Gəncə şəhər Prokurorluğu və Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində T. Mahmudov Xırdalan şəhərində yaxalanıb.
T. Mahmudov avtomobildə olanların xəbərdarlıq atəşinə məhəl qoymadıqlarını, buna görə, maşına atəş açdığını bildirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR