Lənkəran sakini toydan qayıdarkən qarət olunub

Lənkəran sakini toydan qayıdarkən qarət olunub
# 21 avqust 2008 10:13 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Avqustun 20-dən 21-ə keçən gecə Lənkəranda soyğunçuluq hadisəsi baş verib. Lənkəran Şəhər Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə rayonun Şağlaser kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 45 yaşlı sakini Gülşadə Əli qızı Cəbrayılova toy şənliyindən evə qayıdarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər onun üstündəki qızıl-zinət əşyalarını aparıblar. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR