Qobustanda 16 yaşlı qızı zorla qaçırmağa cəhd edən rayon sakini tutulub

Qobustanda 16 yaşlı qızı zorla qaçırmağa cəhd edən rayon sakini tutulub
# 22 avqust 2008 12:42 (UTC +04:00)
Qobustan. Hafiz Heydərov - APA. Qobustan polisi 16 yaşlı qızı zorla qaçırmaq istəyən rayon sakinini həbs edib. Bu barədə APA-ya Qobustan rayon Polis Şöbəsinin (RPŞ) rəisi Şahin Bəbirov məlumat verib. Rayon sakini, 1984-cü il təvəllüdlü Mübariz Əlioğlan oğlu İsmayılov Poladlı kənd sakini, 1992-ci il təvəllüdlü Sevinc Balaməmməd qızı Nəzərovanı zor tətbiq etməklə qaçırmağa cəhd göstərib. Lakin kənd sakinlərinin müdaxiləsi nəticəsində M. İsmayılovun planı baş tutmayıb. Kənd sakinləri onu yaxalayaraq polisə təhvil veriblər. Faktla əlaqədar M. İsmayılovun artıq həbs edildiyini söyləyən Ş. Bəbirov onun barəsində CM-nin 144.3-cü ( adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işinin açıldığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR