AXC fəalının qohumu qətl törədib, onun artıq həbs olunduğu bildirilir - YENİLƏNİB

AXC fəalının qohumu qətl törədib, onun artıq həbs olunduğu bildirilir - <font color=red>YENİLƏNİB</font>
# 02 sentyabr 2008 08:49 (UTC +04:00)
Sabunçu rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Maştağa qəsəbəsi Mehdi Hüseynzadə küçəsi, ev 23-də yaşayan, 1969-cu il təvəllüdlü Quliyev Fərhad Zakir oğlu qonşusu, Mehdi Hüseynzadə küçəsi, ev 9-da yaşayan Hüseynov Hidayət Əliisgəndər oğlunu odlu silahla qətlə yetirib.

Məlumata görə, hadisə iki şəxs arasında şəxsi münaqişə zəminində baş verən mübahisə zəminində baş verib və F. Quliyev odlu silahdan bir dəfə atəş açmaqla qonşusunu qətlə yetirib. Prokurorluqdan bildirilib ki, F. Quliyev əvvəllər dəfələrlə məhkum edilib və 1 saylı Ruhi Əsəb Xəstəxanasında ruhi xəstə kimi qeydiyyatdadır.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə), 228.1 (qanunsuz odlu silah saxlama) maddələri ilə cinayət işi başlanıb.

Məlumata görə, F. Quliyev Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəallarından olmuş Hacı Zakir Quliyevin oğludur.

Hacı Zakir Quliyev isə APA-ya açıqlamasında baş verən qətl hadisəsinin oğlu ilə əlaqəsinin olmadığını bildirib. Oğlunun ruhi xəstə olduğunu bildirən Hacı Zakir deyib ki, qətli qaynı oğlu Kamran Zeynalov törədib. Z. Quliyevin sözlərinə görə, K. Zeynalovla qətlə yetirilən şəxs arasında mübahisə baş verib: “Hadisə bizim evin yaxınlığında olduğundan elə biliblər ki, qətli mənim oğlum törədib”.
Hacı Zakir oğlunun əvvəllər məhkum edildiyini də təsdiqləyib.

O, K. Zeynalovun bir neçə saat əvvəl polis tərəfindən saxlanıldığını da deyib. Sabunçu rayon Polis İdarəsindən də APA-ya faktla bağlı K. Zeynalov adlı şəxsin saxlanıldığını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR