Narkotik maddə gəzdirən Xaçmaz sakini həbs edilib

Narkotik maddə gəzdirən Xaçmaz sakini həbs edilib
# 02 sentyabr 2008 16:06 (UTC +04:00)
Xaçmaz-Solmaz Mehdiyeva-APA. Xaçmaz Polis Şöbəsinin əməkdaşları 1975-ci il təvəllüdlü Maşı Oba kənd sakini Aydın Lalayevi həbs ediblər. APA-nın Şimal bürosunun məlumatına görə, saxlanılarkən onun üzərindən 7,13 qram qurudulmuş marixuana tapılıb. A. Lalayev marixuananı əkin sahəsindən əldə etdiyini söyləyib. Onun barəsində cinayət işi başlanıb, təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR