Rusiya-Azərbaycan sərhədini qanunsuz keçmək istəyən iki Türkiyə vətəndaşı saxlanılıb

Rusiya-Azərbaycan sərhədini qanunsuz keçmək istəyən iki Türkiyə vətəndaşı saxlanılıb
# 02 sentyabr 2008 16:06 (UTC +04:00)
Bakı-APA. Üç gün əvvəl Rusiya-Azərbaycan sərhədinin Qusar rayonu ərazisində iki Türkiyə vətəndaşı saxlanılıb. Bu barədə APA-ya Qusar rayon hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Türkiyə vətəndaşları Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd edərkən tutulublar. Saqqallı olan həmin şəxslərin kimliyi barədə məlumat verilməyib.

Onların Bakıya gətirildikləri bildirilib. Qeyd olunub ki, Türkiyə vətəndaşlarının saxlanması Azərbaycanın Qusar rayonunda Daxili Qoşunların hərbçilərinə silahlı müqavimət göstərilməsi faktı ilə bağlı ərazidə əməliyyat keçirilən vaxta təsadüf edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR