Vətənə xəyanətdə ittiham olunan Azərbaycan zabiti Rusiyada həbs olunub

Vətənə xəyanətdə ittiham olunan Azərbaycan zabiti Rusiyada həbs olunub
# 04 sentyabr 2008 11:58 (UTC +04:00)
APA-nın Rusiya KİV-nə istinadən məlumatına görə, O. Əhmədov küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsi, fərarilik və Vətənə xəyanətdə günahlandırılır.

İttihamnaməyə görə, o, 2006-cı ildə ərzaq xidmətinin rəisi olarkən, ərzaq anbarlarından mallar çıxararaq, müxtəlif ticarət nöqtələrində satdırırmış. İstintaqın hesablamalarına görə, O. Əhmədov ümumilikdə hərbi hissədən 2 ton çörək, 700 kq konserv, 200 kq-dan artıq şəkər tozu, 100 kq-ya yaxın kərə yağı, eləcə də kartof, soğan çıxarıb. Zabit bir müddət sonra hərbi hissəni özbaşına tərk edib və Dağıstan ərazisində gizlənib. Az sonra isə Moskvaya qazanc dalınca gedib.

Moskvada işləmək üçün icazə əldə edən keçmiş zabit milis şöbəsində qeydiyyata alınıb və tikintilərdən birində iş icraçısı kimi çalışmağa başlayıb.

Milis əməkdaşları O. Əhmədovu elə işlədiyi tikintidə saxlayıblar. O, yaxın vaxtlarda Bakıya gətiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR