Bakının rus-erməni hərbi birləşmələrindən azad olunmasına həsr edilən konfrans keçirilib

Bakının rus-erməni hərbi birləşmələrindən azad olunmasına həsr edilən konfrans keçirilib
# 10 sentyabr 2008 14:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azəri-Türk Qadınlar Birliyi (ATQB) Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyi ilə birlikdə 15 sentyabr - Bakının rus-erməni hərbi birləşmələrindən azad olunması, Nuru Paşanın Qafqaz İslam Ordusu ilə Azərbaycan Xalq Cümhuriyyətinin inkişafındakı roluna həsr edilən elmi konfrans keçirib. APA-nın məlumatına görə, ATQB-ın sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan qüvvələr mövcuddur. O, bu qüvvələrə qarşı birgə mübarizənin zəruriliyini də vurğulayıb. T. Rüstəmxanlının sözlərinə görə, Nuru Paşanın 90 il əvvəl erməni və rus silahlı birləşmələrinə qarşı mübarizə apararaq Bakını işğaldan azad etməsi heç zaman yaddan çıxmamalıdır. Frat Universitetinin professoru Mehmet Çevik çar Rusiyası yıxıldıqdan sonra Qafqazda Gürcüstan və Ermənistan dövlətlərinin qurulduğunu deyib. Milli Məclisin üzvü Fəzail İbrahimli, DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev, Qazi Universitetinin professoru Çətin Almaz da çıxışlarında Nuru Paşanın fəaliyyəti və Azərbaycan Demokratik Cümhuriyyətinin inkişafındakı rolu haqqında çıxış ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR