Millət vəkilinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsi və AzTV-yə qarşı iddiası təmin olunmayıb

Millət vəkilinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsi və AzTV-yə qarşı iddiası təmin olunmayıb
# 11 sentyabr 2008 08:48 (UTC +04:00)
Bakı-APA. Bu gün Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə millət vəkili Bəxtiyar Əliyevin Bakı Şəhər Dövlət Yol Polis İdarəsi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə B. Əliyevin iddiasının təmin olunmaması barədə qərar qəbul edilib.

Qeyd edək ki, millət vəkili iddia ərizəsində Bakı Şəhər Dövlət Yol Polis İdarəsi və AzTV-nin ona vurulan mənəvi zərərin müqabilində 500 min manat təzminat ödəmələrini tələb edib. Millət vəkili avtomobilinin bir müddət əvvəl Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanan zaman kadrların AzTV-nin efirində yayımlanmasına etirazını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR