Üzərində şərti cəza olan Lerik sakini oğurluq edib

Üzərində şərti cəza olan Lerik sakini oğurluq edib
# 13 sentyabr 2008 08:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakının Sabunçu rayonunda kafe qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisəni əvvəllər məhkum olunmuş, hazırda komendatura rejimində olan Lerik rayon sakini, 1966-cı il təvəllüdlü Elman Məmmədov törədib. Sabunçu rayonundakı mağazalardan birində çalışan E. Məmmədov sentyabrın 12-də gecə yaxınlıqda yerləşən kafelərin birinin qapısına sındıraraq içəri daxil olub.

E. Məmmədov oradan 1 ədəd “Supra” markalı televizor, 1 ədəd “LG” markalı kondisioner, ətçəkən maşın və digər əşyaları oğurlayaraq satmaq məqsədilə avtovağzala gəlib. Qarətçi oğurladığı əşyaları avtovağzal ərazisində satmaq istəyərkən Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi qaldırılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR