Azərbaycanın Gəncə şəhərində 20 yaşlı qız ağrıkəsici dərmandan ölüb

Azərbaycanın Gəncə şəhərində 20 yaşlı qız ağrıkəsici dərmandan ölüb
# 13 sentyabr 2008 09:10 (UTC +04:00)
Gəncə şəhər Polis İdarəsi rəisini müavini Yaşar İsmayılovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü L. Hüseynova bir neçə gün əvvəldən qarın nahiyəsindəki ağrılardan əziyyət çəkirmiş. Bu ağrılardan azad olmaq üçün ağrıkəsici dərmanlar qəbul edən 20 yaşlı qız növbəti dəfə dünən gecə yatmazdan əvvəl "Spazmalqon" dərmanı qəbul edib.

Valideynləri sentyabrın 12-də səhər Leylanın yuxudan oyanmadığını görüb polisə müraciət ediblər. Ehtimal olunur ki, dərman preparatı onun orqanizmində fəsadlara səbəb olub. Lakin ölümün dəqiqi səbəbi məhkəmə tibbi ekspertizasının rəyindən sonra aydınlaşacaq.

Faktla bağlı, Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR