Azərbaycanda yeni dərs ili başlayıb - FOTOSESSİYA

Azərbaycanda yeni dərs ili başlayıb -<font color=red> FOTOSESSİYA</font>
# 15 sentyabr 2008 06:43 (UTC +04:00)
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2008-2009-cu tədris ilində Azərbaycanın ümumtəhsil orta məktəblərində 1 milyon 700 mindən çox şagird təhsil alacaq. I sinfə gedənlərin sayı isə 122 546 nəfərdir. Onların 58 117 nəfəri qız, 64 429 nəfəri oğlandır. Şagirdlərin 28 500-ü Bakıda I sinfə gedəcək. 2008-2009-cu tədris ilinə Azərbaycanın orta məktəbləri üçün 102 adda dərslik və müəllim üçün vəsait hazırlanıb.

Yeni dərs ili üçün Azərbaycanda yeni inşa edilmiş və təmirdən çıxmış 300-ə yaxın məktəb istifadəyə verilib. Hazırda ölkədə 5500-dən çox orta, 50 ali, 60 peşə məktəbi fəaliyyət göstərir.

Bu il ali məktəblərdə təhsil alacaq tələbələrin sayı isə 130 min nəfərə yaxın olacaq. Yeni dərc ilində ilk dəfə tələbə adı qazanan 26571 gənc ali məktəbə qədəm qoyacaq.

Hazırda ölkədə 50 ali məktəb fəaliyyət göstərir ki, onun da 15-i özəldir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR