Axtarışda olan əsgər Bakıda həbs edilib

Axtarışda olan əsgər Bakıda həbs edilib
# 15 sentyabr 2008 10:42 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda axtarışda olan əsgər həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə barəsində axtarış elan edilən 1986-cı il təvəllüdlü İlqar Aydın oğlu Elimbəyov tutulub. Əsgərin barəsində toplanan istintaq materialları baxılmaq üçün Hərbi Prokurorluğa göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR