Bərdə sakinini elektrik cərəyanı vurub

Bərdə sakinini elektrik cərəyanı vurub
# 15 sentyabr 2008 16:54 (UTC +04:00)
Bərdə. Hafiz Heydərov-APA. 32 yaşlı Bərdə sakinini elektrik cərəyanı vurub. Bərdə rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün rayon ərazisində fəaliyyət göstərən bazarda baş verib. Bərdə rayon sakini, 1976-cı il təvəllüdlü Seymur Xəlilov elektrik cihazının naqilinə toxunan zaman onu cərəyan vurub. S. Xəlilov təcilli olaraq rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR