Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısının oğlu ağır yol qəzasına düşüb

Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısının oğlu ağır yol qəzasına düşüb
# 17 sentyabr 2008 07:34 (UTC +04:00)
APA-nın Şirvan bürosunun məlumata görə, Şamaxı şəhər sakini, 1988-ci il təvəllüdlü Həmidov Vüqar Həmid oğluna məxsus VAZ-21-01 markalı, 64-BA-732 dövlət nömrə nişanlı avtomobil Ağdaş rayonundan Şamaxı istiqamətinə hərəkət edən zaman körpüdən Yuxarı Şirvan kanalına düşüb. Nəticədə avtomobilin sürücüsü və sərnişini, Şamaxı şəhər sakini Nəcəfov Rövşən Vahid oğlu ölüblər. Məlumata görə, sərnişinin meyiti bu gün səhər saatlarında dalğıclar tərəfindən kanaldan çıxarılıb, sürücünün meyitinin axtarışı isə davam etdirilir.

Qəzaya uğrayan avtomobilin digər sərnişini Nəqliyyatda Baş Polis İdarəsinin təhqiqatçısı, polis kapitanı, 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Cəfərov Nicat Vaqif oğlu isə sağ qalıb. N. Cəfərov 1991-ci ildə Qarakənd səmasında ermənilər tərəfindən vurulan vertolyotda şəhid olan SSRİ Ali Sovetinin deputatı, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərovun oğludur.

İlkin ehtimallara görə, qəzanın baş verməsinə avtomobildə işıqlandırma sisteminin zəif olması səbəb olub. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində cinayət işi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR