Bakıda maşın qaçıran şəxslər tutulub

Bakıda maşın qaçıran şəxslər tutulub
# 17 sentyabr 2008 15:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Maşın qaçıran Bakı sakinləri yol-qəzası törədib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Polis İdarəsinə Binəqədi rayonu ərazisində Arif Quliyevə məxsus “Vaz” 2107 markalı, 10 KR 401 dövlət nömrə nişanlı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb və avtomobilin hərəkət istiqaməti müəyyənləşdirilib. H. Əliyev prospekti ilə hərəkət edən zaman Yol Patrul Xidməti əməkdaşlarının saxlama işarəsinə məhəl qoymayan avtomobili qaçıran şəxslər maşını aşırıblar. Nəticədə oğurluq hadisəsini törədən 1990-cı il təvəllüdlü Atakişi Aslanov, 1988-ci il təvəllüdlü Elvin Eyvazov və 1990-cı il təvəllüdlü Oruc Rüstəmov tutulublar. Faktla bağlı araşdırmalar davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR