Narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan Lənkəran sakini tutulub

Narkotik maddələrin qanunsuz satışı ilə məşğul olan Lənkəran sakini tutulub
# 18 sentyabr 2008 07:22 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev -APA. Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz istifadəsi və dövriyyəsi ilə məşğul olan rayon sakini həbs olunub. Bu barədə APA-nın Cənub bürosuna Polis Şöbəsinin müstəntiqi Bəyəmir Cahangirov məlumat verib. Onun sözlərinə görə, rayonun Liman şəhər sakini, 1971-ci il təvəllüdlü Eldar Məmmədbağır oğlu Tağıyevin mənzilə baxış keçirilən zaman 6,066 qram heroin, tibbi şprislər və narkotik vasitələrin qəbulunda istifadə olunan digər əşyalar aşkarlanaraq götürülüb. E. Tağıyev istintaqa verdiyi ilkin ifadəsində uzun müddət narkotik xassəli preparatların istifadəsi və satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Lənkəran Polis Şöbəsində cinayət işi açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR