28 yaşlı Bakı sakini intihar edib

28 yaşlı Bakı sakini intihar edib
# 18 sentyabr 2008 13:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. 28 yaşlı Bakı sakini intihar edib. Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 16.00 radələrində rayonun C. Məmmədquluzadə küçəsində yerləşən 196 saylı evdə baş verib. Bacısının evinə qonaq gələn 1980-ci il təvəllüdlü Emil Nəsib oğlu Paşayev pilləkəndən özünü asaraq intihar edib. Mərhumun cibindən çıxan məktubda onun borca görə intihar etdiyi qeyd olunub. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR