Gəncədə piyadanı vurub qaçan şəxs tutulub

Gəncədə piyadanı vurub qaçan şəxs tutulub
# 19 sentyabr 2008 10:23 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Sentyabrın 15-də saat 22.00 radələrində Gəncə-Samux yolunun 1-ci kilometrliyində 1988-ci il təvəllüdlü Teymur Hacıyevi vurub hadisə yerindən qaçan QAZ-31 markalı 20 - CH -831 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Məhəmməd Ələsgərov tutulub. Bu barədə APA-ya Gəncə şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, 1936-cı il təvəllüdlü İsmayıllı rayon sakini M. Ələsgərov əvvəllər məhkum olunub. Kəllə-beyin travması ilə Gəncə şəhərində xəstəxanaya yerləşdirilən T. Hacıyevin vəziyyətinin ağır olduğu bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR