Hüquq müdafiəçiləri ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüblər

Hüquq müdafiəçiləri ABŞ Dövlət Departamentinin nümayəndəsi ilə görüşüblər
# 22 sentyabr 2008 13:30 (UTC +04:00)
Bakı-APA. Hüquq-müdafiə təşkilatları Monitorinq Qrupunun üzvləri – Səidə Qocamanlı, Səadət Bənənyarlı, Çingiz Qənizadə Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Demokratiya, insan hüquqları və qanunçuluq departamentinin rəhbəri Vendi Silvermanla görüşüblər. Bu barədə APA-ya Çingiz Qənizadə bildirib. Hüquq müdafiəçisi deyib ki, ABŞ səfirliyində keçirilən görüş hüquq müdafiəçilərinin bir sıra məsələlərlə bağlı mövqeyini öyrənmək məqsədi ilə təşkil olunub. Qrup üzvü qeyd edib ki, onlar Gürcüstan-Rusiya münasibətləri, regiondakı durum, Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı fikirlərini bildiriblər. Hüquq müdafiəçiləri həmçinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR