Bakıda avtobus 76 yaşlı kişini vurub

Bakıda avtobus 76 yaşlı kişini vurub
# 23 sentyabr 2008 08:51 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda sərnişin avtobusu 76 yaşlı kişini vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə C. Hacıbəyli küçəsində baş verib. Şaban Bəşirov idarə etdiyi “Mercedes” markalı, 01 BX 023 dövlət nömrə nişanlı 128 saylı xətt avtobusu ilə yolu keçmək istəyən piyada, 1932-ci il təvəllüdlü Nəbi Nəbiyevi vurub. Həkim məsləhəti ilə evinə aparılan N. Nəbiyev aldığı xəsarət ağır olduğundan orada keçinib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR