Bakı sakini intihar edib

Bakı sakini intihar edib
# 23 sentyabr 2008 09:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Bakıda intihar hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə baş verib. Lökbatan qəsəbə sakini, 1965-ci il təvəllüdlü Ələsgər Sultan oğlu Sultanov bacısına məxsus mənzildə özünü pəncərədən asaraq intihar edib. S. Sultanovun cəsədi ötən gecə bacısının evində aşkarlanaraq tibbi ekspertizaya göndərilib. Tibbi ekspertiza cəsədin üzərində heç bir zorakılıq əlamətləri aşkar etməyib. Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR