Saatlı sakini bacılarını bıçaqlayıb

Saatlı sakini bacılarını bıçaqlayıb
# 23 sentyabr 2008 12:31 (UTC +04:00)
Bakı-APA. Saatlı rayonunun Sarıcalar kəndində, kənd sakini, əvvəllər məhkum olunmuş Nazir Əhmədov qısqanclıq zəminində bacıları Südabəyə və Dürdanəyə bıçaqla xəsarət yetirib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətində bildirilib. Məlumata görə, Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N. Əhmədov tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR