Hüquq müdafiəçisi polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinqlərə başlayıb

Hüquq müdafiəçisi polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinqlərə başlayıb
# 23 sentyabr 2008 16:56 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gündən rayon polis şöbələrində monitorinqlərə başlayıb. Bu barədə APA-ya məlumat verən komitə sədri deyib ki, bu gün Şamaxı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasına baxış keçirib. E. Behbudov orada saxlanılan 8 şəxslə görüşdüyünü və onların heç bir şikayətinin olmadığını vurğulayıb.
Hüquq müdafiəçisi sabah Ağsu, Mingəçevir, Ağdam, Qazax, Tovuz, Ağstafa və Daşkəsən rayon polis şöbələrində monitorinqləri davam etdirəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR