Hüquq müdafiəçisi polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baş çəkib

Hüquq müdafiəçisi polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına baş çəkib
# 24 sentyabr 2008 13:08 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün bir sıra rayonların polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarında monitorinq aparıb. Komitə sədri APA-ya bildirib ki, Qobustan, Ağsu, Göyçay, Gəncə və Gədəbəy rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına baş çəkib. Saxlanma kameralarında ümumi vəziyyətin qənaətbəxş olduğunu deyən hüquq müdafiəçisi orada saxlanılan şəxslərin heç bir şikayətinin olmadığını bildirib. E. Behbudov Tovuz, Ağstafa və Ağdam rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarına da baxış keçirəcəyini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR