Bakıda qızıl mağazasından oğurluq edən şəxs tutulub

Bakıda qızıl mağazasından oğurluq edən şəxs tutulub
# 25 sentyabr 2008 12:10 (UTC +04:00)
Bakı-APA. Səbayel rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 24-də M.Ə.Rəsulzadə küçəsində yerləşən "Le Sansi" qızıl mağazasından 3950 manat dəyərində olan sırğanı oğurlamış Bakı şəhər sakini Fuad Feyzullayev tutulub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, əvvəllər məhkum olunmuş F. Feyzullayevdən 0,218 qram heroin götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR