Bakıdakı mağazalardan birindən 12 min dollar oğurlanıb

Bakıdakı mağazalardan birindən 12 min dollar oğurlanıb
# 27 sentyabr 2008 09:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında mağazadan 12 min ABŞ dolları oğurlanıb. Xətai rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, rayon ərazisində yerləşən Şahin Məmmədova məxsus mağazanın seyfindən 2295 manat və 8800 ABŞ dolları məbləğində pulun oğurlanması barədə 34-cü polis bölməsinə məlumat daxil olub. Bölməyə daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni elə həmin mağazanın anbardarı işləyən, 1967-ci il təvəllüdlü İlqar Rafiq oğlu Ramazanov tərəfindən törədilməsi müəyyən edilib. Faktla bağlı İlqar Ramazanov artıq saxlanılıb, faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR